Dzerjinski dağı
Dzerjinski dağı (1958-ci ilə qədər Svyataya dağı) (belar. Гара Дзяржынская) — Belarus Respublikasının ən hündür nöqtəsi.
Belə hesab edilir ki, dağın dəniz səviyyəsindən hündürlüyü 345 metrdir (1933-cü ilə qədər tərtib olunan topoqrafik xəritələrdə 346,5 m, 1934-cü ildə tərtib olunmuş sovet xəritələrində 346,3 m, 1984-cü ildə tərtib olunmuş topoqrafik xəritələrdə isə 342,7 m). Dağ Minsk yüksəklikləri ərazisində (əsasəndə Belarus cərgəsində), Minsk şəhərindən 30 km qərbdə, Djerinskidən bir qədər aralıda, Skirmantovo aqrar şəhərciyindən şimalda yerləşir. Əvvəllər Svayataya dağı (Müqəddəs dağ) olaraq adlanırdı. 1958-ci ildə isə adı Dzerjinski dağı olaraq adlandırılmışdır. 1990-cı illərdə dağın zirvəsində belarus dilində qranit plitə üzərində dağ haqqında məlumat əks olunmuşdur: "Dzerjinski dağı. Belarusun ən hündür nöqtəsi. Hündürlüyü dəniz səviyyəsindən 345 metrdir". Hazırda ərazi abadlaşdırılmışdır və bir abidədir.